Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri (general-mayor) verilən prokurorluq əməkdaşlarından ikisi Baş Prokurorluğun Mətbuat Xidmətinin sabiq rəhbərləridir.
Lent.az-ın məlumatına görə, hazırda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsində çalışan Eldar Sultanov və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev əvvəllər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıblar.
***
saat 15:22
Prezident İlham Əliyev Azərbaycan Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Musayev Elnur Novruz oğlu – Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
Əliyev Vüqar Nurəddin oğlu – Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi
Sultanov Eldar Aslan oğlu – Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi
Əhmədov Mübariz Hüseyn oğlu – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi.