Vladimir Putin və Prezident İlham Əliyev
20 sentyabr 2021 19:14 (UTC +04:00)

Vladimir Putin və Prezident İlham Əliyev

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Lent.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsini bir daha təsdiq etdi.

Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq xarakterli ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da möhkəmlənəcək.

Fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Rusiyanın xalqına isə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

# 2217
avatar

Oxşar yazılar