Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən türk mətbəxinin ən sevilən küçə yeməklərindən biri olan toyuq plovun hazırlanma qaydasını sizinlə bölüşəcəyik. Hazırladığınız bu yeməyin dadı damağınızdan getməyəcək. Onu da qeyd edək ki, təqdim etdiyimiz resept 4-6 nəfərlikdir.
Lazım olan ərzaqlar:
Stəkan ölçüsü 200 ml.
Bulyon üçün:
3 ədəd toyuq filesi
1 ədəd soğan
Dəfnə yarpağı
Qara istiot
1 litr isti su
1 çay qaşığı duz
Əti dadlandırmaq üçün:
Yağ
Pul bibər, paprika, sarıkök, istiot
Plov üçün:
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
2 stəkan düyü
1 stəkan noxud (bişmiş)
Duz
2,5 stəkan bulyon
1/2 stəkan isti su
Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.
Nuş olsun!