Bayram süfrəsində  nələr olmalıdır?
08 aprel 2024 20:15 (UTC +04:00)

Bayram süfrəsində nələr olmalıdır?

11 ayın sultanı gələndə ən böyük həyəcan mətbəxdə yaşanır. Şkaflar yenilənir, ən təzə meyvə və tərəvəzlər alınır, ləzzətli yeməklər hazırlanır. İftar süfrələrinin ən gözəl cəhəti sakit keçməsi və birləşdirici olmasıdır.

Lent.az bayram süfrəsində nələrin olması lazım olduğunu təqdim edir: 

Müəyyən müddət ac qalmağa öyrəşən bədənlər bayramın gəlişini səbirsizliklə gözləyərkən nə yeməli olduqlarını əvvəlcədən planlaşdırmağa başlayırlar. Bütün qohumların uzun-uzadı xoş söhbətlər edə biləcəyi zəngin və bol inqrediyentli bayram süfrələrində arzular tutulur və planlar hazırlanır.

Bayramda iftar süfrəsində nə qədər adam olacaqsa o qədər servis  açmaq lazımdır. Menyunuzda isti və soyuq yeməklər olacaqsa, süfrənizdə şorba kasası, yemək boşqabı və servis boşqabı olmalıdır. 

İftar süfrəsini şorba, isti və soyuq salatlar, ləzzətli əsas yemək və sonra qan şəkərini balanslaşdıran desertlə tamamlaya bilərsiniz. İftar süfrəsinə mümkün qədər çox tərəvəz daxil edin. Gün ərzində ac qalan mədənin rahatlaşmağı üçün lifli qidalar qəbul etmək məsləhət görülür
Tərəvəzləri müşayiət etmək və bədən müqavimətini qorumaq üçün qırmızı ətin istehlakı da vacibdir. 

Bizim mədəniyyətdə iftardan sonra çay əvəzolunmazdır. Ancaq çay dəmləməyə tələsməyin. Çünki qəfil yeməkdən sonra çay içmək üçün mütləq 30 dəqiqə gözləyin. Bu həzm probleminə səbəb ola bilər. Çayın yanında ağzınızı şirinləşdirmək üçün südlü desertlərə üstünlük verməyə çalışın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5076
avatar

Sevinc Fərid

Oxşar yazılar