Bu gün Zaqatalada “Zaqatala-Azərbaycanın Folklor Paytaxtı-2013” elan edilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Zaqatala rayon İcra Hakimiyyəti (İH) aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Zaqatala bu il Azərbaycanın Folklor Paytaxtı elan olunub. Bu münasibətlə Rayon Mədəniyyət evində keçirilən təqdimat mərasimində ilk olaraq Zaqatalanın tarix və bu gününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş etdirilib. Bildirilib ki, bu gün Zaqatalada bir çox azsayı xalqların nümayəndələri yaşayır və folklor ili çərçivəsində onların maddi-mədəniyyət nümunələri dünyaya tanıdılacaq. Təqdimat mərasimində rayon incəsənət məktəbinin, eləcə də kənd mədəniyyət evlərinin yaradıcı kollektivləri qədim musiqi alətlərinin müşayiəti ilə müxtəlif musiqi nömrələri ifa edib. Eyni zamanda bölgənin, xüsusən Zaqatalada yaşayan xalqların milli adət-ənənələri, folklor nümunələri nümayiş etdirilib.

Oxşar yazılar

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37