TRT-dən azərbaycanlı tamaşaçılara xəbər
02 aprel 2013 17:31 (UTC +04:00)

TRT-dən azərbaycanlı tamaşaçılara xəbər

Martın 27-də  Sakarya – Fırat serialını izləyə bilməyənlər TRT 1 kanalında aprelin 3-də Bakı vaxtı ilə 21.50- də bölümün geniş xülasəsinə baxa bilərlər. Lent.az-ın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1

kanalında yayımlanan Sakarya- Fırat serialında geniş xülasə şəklində yenidən

yayımlanacaq.

 

TRT Bakı Təmsilçisi Yüksel Değercanın verdiyi məlumata görə, TRT kanalının

istəyi ilə serialın geniş xülasəsində Milli Qəhrəman Mübariz İbrahimovun

qəhrəmanlıq hekayəsi və serialdakı dialoqlar ona böyük sevgi və hörmət əlaməti

olaraq yenidən ekranlara gələcək.

 

Xatırladaq ki, Martın 27 – də serialın yayımlanan bölümündə

Mübarizin qəhrəmancasına şəhid olması, ‘’Mübarizi Unutmayın ’’ çağırışı öz

əksini tapıb. Bölümün sonunda Mübariz İbrahimovun foto-şəkli türk şəhidləri ilə

eyni Şərəf lövhəsinə yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar