
Naibə Allahverdiyeva: "Stress, depressiya.. yaxşı deyiləm".
Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti pisləşib.
APA TV-nin məlumatına görə, aktrisa bir neçə gün öncə gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Naibə Allahverdiyeva xəstəliyi barədə belə məlumat verib: “Gərginliklə əlaqədar qan təzyiqim yüksəlib. Bir dəfə rayonda olanda bu krizisi keçirmişdim, qan təzyiqi. Sonra müalicə oldum, yaxşı oldum. İndi özümü pis hiss edirəm, yaxşı deyiləm”.
Aktrisa bildirib ki, səhhətinin pisləşməsinə səbəb depressiyadır: “Həddən artıq gərginəm. Başımda dəhşətli ağrılar var. Həkimlər deyir gərginliklə əlaqədardır. Stress, depressiya... Ona görə ağrılarım var, ayaqlarımda uyuşma var. Təzə müalicə yazıblar”.
Naibə xanım müalicənin artıq effekt verdiyini söyləyib: “Əvvəl qan təzyiqim çox yüksək idi. Bura gələndən sonra təzyiqim o qədər də qalxmır. Evdə təzyiqim çox qalxırdı. Oturduğum yerdə birdən qalxırdı 150-yə. Dərman içirdim ki, aşağı düşsün, bir də baxırdım ki, 165, 170, 180, 250-yə qədər qalxırdı. Bir az həyəcanlanım, vəssalam, başlayacaq qan təzyiqim qalxmağa”.
Aktrisa tezliklə sağalacağına ümid edir: “Hikmət müəllimə öz təşəkkürümü mütləq bildirmək istəyirəm, bütün həkim personalına. Çox böyük qayğı ilə yanaşırlar mənə. Görək də, yəqin yaxşı olacaq”.
Həyat yoldaşı Yusif İsmayılov isə şifahi şəkildə bildirib ki, aktrisanın bu vəziyyətə düşməsinin səbəbi daim gərgin olmasıdır. “Ailədə gərginlik yoxdur” deyə o, əlavə edib.
Xatırladaq ki, aktrisa bir il əvvəl əsəb dispanserində - Günəşli Nevroloji Sanatoriyasında müalicə alıb. Biz isə öz növbəmizdə Naibə xanıma tezliklə ayağa qalxmağı arzu edirik.
Oxşar yazılar

İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11
Özünüzü anlamağa yardım edəcək 10 psixoloji kitab
26 avqust 2025 , 14:41
Bu yay izləməyə dəyər 5 yeni film
26 avqust 2025 , 12:16
Nəsiminin məzarı Azərbaycana gətirilir
26 avqust 2025 , 11:03