Bir ayda 3  premyera
20 fevral 2013 16:58 (UTC +04:00)

Bir ayda 3 premyera

 

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  3  tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk premyera, yeni quruluşda, S.S.Axundovun ( A. Şaiq səhnələşdirib) eyniadlı əsəri əsasında hazırlanmış “Qaraca qız” tamaşasıdır. İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər. Premyera martın 9-da saat 12:00 - da keçiriləcək.

 

“Dörd əkizin nağılı” adlı ikinci tamaşanın premyerası martın  10-da reallaşacaq. Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorları canlandıracaqlar.

 

Novruz bayramı ərəfəsində ( martın 16-da) təqdim olunacaq üçüncü tamaşa Mikayıl Müfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilmiş “Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı”dır. Tamaşa məktəblilərin tətil günlərində nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Tamaşada əsas rolları əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi və başqaları oynayacaqlar.    

 

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının nəzdində məktəblilərdən ibarət bədii şura yaradılıb. Bakıdakı  bir çox orta ümumtəhsil məktəblərinin ən qabaqcıl və fəal şagirdləri teatrda nümayiş etdirilən uşaq tamaşalarının ictimai baxışlarını izləyərək öz fikirlərini bildirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar