Balerinamız  Rusiyanı təmsil edəcək
04 sentyabr 2013 16:53 (UTC +04:00)

Balerinamız Rusiyanı təmsil edəcək

Rusiya Böyük Teatrının solisti Çinarə Əlizadə Finlandiyanın Laxti şəhərində keçirilən “Rus balet ulduzları” festivalında iştirak edib. Lent.az-ın məlumatına görə, festivalda Böyük Teatrın, Mariinski, Mixaylovski teatrlarının balet truppaları yeni proqram təqdim ediblər. Proqrama ən yaxşı əsərləri daxil olunub.

Qeyd edək ki, Ç. Əlizadə Moskvada doğulub, 1995-ci ildə Rusiya paytaxtındakı Humanitar Universitetin nəzdində Balet Akademiyasına daxil olub. Universitetdə 3 il təhsil aldıqdan sonra 1999-cu ildə Moskva Xoreoqrafiya Akademiyasına qəbul olub.

2005-ci ildə Moskvada Beynəlxalq artistlər və xoreoqraflar müsabiqəsində birinci yerə layiq görüldükdən sonra Böyük Teatrın balet truppasına dəvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar