Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə” Azərbaycan- 2020:
Mədəni irsin prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda
konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Prezident
Administrasiyasının, Milli Məclisin , Nazirlər Kabinetinin, müvafiq icra
hakimiyyəti orqanlarının, Milli Elmlər Akademiyasının, elmi-tədqiqat
institutlarının, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının və ictimai
birliklərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
konfransın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, bu gün işğal altında olan torpaqlarda dağıdılan mədəni irsimizi nəinki qorumaq mümkün
deyil. Əbülfəs Qarayev mədəni irsin qorunması ilə bağlı Dövlət
Proqramının qəbul olunmasının vacibliyindən danışıb. Son illər ərzində
əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycanın memarlıq
və arxeoloji abidələrində müasir standartlara uyğun bərpa və konservasiya
işlərinin aparıldığını bildirib.
Preziden Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək bildirib ki, yeni konsepsiyanın yaranmasına tək Mədəniyyət Nazirliyi yox, ümumilikdə AMEA, eləcə də ali məktəblər, elmi tədqiqatlarla məşğul olan qurumlar, dövlət, qeyri-dövlət təşkilatları da qoşulmalıdırlar.
Fatma Abdullazadə bildirib ki, Azərbaycan mədəni-irsi ölkəmizə gələn turistlər üçün “tərcümə” edilməlidir: “Burada dil tərcüməsindən söhbət getmir. Bizim üçün vacib olan
mədəni abidəni elə tərzdə təbliğ etməliyik ki, gələn qonaqlar
üçün maraqlı olsun...”
Konfransda baş nazirin birinci müavini Elçin Əfəndiyev, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və başqa səlahiyyətlilər çıxış ediblər. Tədbirin sonunda konfransın Qətnaməsi qəbul olunub.

“Mədəni irsimiz “tərcümə” olunmalıdır”
Oxşar yazılar

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57