Çelyabinskdə Azərbaycana həsr olunmuş fotosərgi açılacaq
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən Lent.az-a verilən məlumata görə, sərgidə Bakı gecələrini, Azərbaycanın müxtəlif bölgələrinin (Şəki, Quba, Qusar, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı) təbiətini, turizm məkanlarını, orada yerləşən tarixi, memarlıq və mədəniyyət abidələrini, landşaftını, mədəniyyətini və adət-ənənəsini əks etdirən fotoşəkillər göstəriləcək. Həmçinin Azərbaycanın tarixi abidələri, memarlığı, zəngin mədəniyyəti haqqında nəşr olunmuş kitab da nümayiş olunacaq.
Fotoşəkillər Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinin direktoru V.İ.Boqdanovskinin iyul ayında Azərbaycana bir həftəlik səfəri zamanı çəkilib.
Xatırladaq ki, 2010 il noyabrın 18-dən 21-dək Azərbaycandan olan nümayəndə heyəti Rusiya Federasiyasının Çelyabinsk şəhərində “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Ural və Azərbaycan xalqlarının dostluq dekadası”nda iştirak etmişdi. Səfər çərçivəsində nümayəndə heyəti Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinə dəvət olunmuş və qarşılıqlı olaraq muzeyinin direktoru V.İ.Boqdanovskini Azərbaycana dəvət etmişdi.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23