Milli Kino Günü qeyd olunacaq
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, tədbir Gənc Tamaşaçılar Teatrında baş tutacaq. İlk olaraq “Azərbaycanın kino geyimləri” adlı sərginin təqdimatı olacaq. Sərgidə Azərbaycanın tarixi filmlərinin geyimləri sərgilənəcək. Daha sonra “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qaliblərinin adları açıqlanacaq və mükafatlandırılacaqlar.
Sonda isə “İlahi məxluq” filminin premyerası olacaq. “Bizim kino” Prodüser Mərkəzinin və “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev, quruluşçu operatoru Rəsul Tənhayi, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir. Rollarda xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Vəfa Zeynalova, Münəvvər Əliyeva və başqaları çəkiliblər.
İ. Hümbətov onu da bildirib ki, peşə bayramı günü bir qrup kino veteranlarına pul mükafatları veriləcək.
Qeyd edək ki, Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Xəyalə

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34