Əbülfəs Qarayev gürcüstanlı həmkarı ilə görüşdü
Səfər çərçivəsində Nikolas Rurua mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq, mədəni təmasların artırılmasının mümkünlüyü, abidələrin mühafizəsi sahəsində əməkdaşlıq, sərgilərin təşkili və digər məsələlər müzakirə olunub.
Azərbaycan mədəniyyətindəki son yeniliklərlə bağlı gürcüstanlı həmkarına məlumat verən Əbülfəs Qarayev qarşılıqlı mədəni layihələrdən razılığını dilə gətirib. Azərbaycanlı nazir bu əməkdaşlığın teatr sahəsində də həyata keçirilməsi və gənc gürcü rejissorun Azərbaycan teatrında tamaşa hazırlanmasını da müsbət qiymətləndirdiyini vurğulayıb. Bu baxımdan Musiqili Komediya teatrında gürcü rejissoru tərəfindən səhnələşdirilən “Xanuma” tamaşasını misal göstərib. Nazir mədəniyyət sahəsində son zamanlar həyata keçirilən beynəlxalq tədbirlərdən, mədəniyyət və incəsənət xadimlərimizin də bu cür tədbirlərdə yüksək səviyyədə iştirakından da söz açıb. Daha sonra turizm sahəsindəki yeniliklərlə bağlı gürcüstanlı həmkarını xəbərdar edən Ə.Qarayev elə ötən həftə sonu Azərbaycanda turizm mövsümünün açıq elan olunduğunu qeyd edib.
Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua da öz növbəsində Azərbaycanda olmasından məmnunluğunu dilə gətirib və bu görüşün böyük əhəmiyyət kəsb etdiyini deyib: “Biz hər zaman Azərbaycanla hər sahədə əməkdaşlığa hazırıq və bundan məmnunuq. Bu səfərimin də mədəniyyət sahəsində daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanıram. Azərbaycan mədəniyyət və incəsənət ustalarını Gürcüstanda görməyə həmişə şadıq. Sizlər bizim hər zaman arzuolunan qonaqlarımız sırasındasınız”.
Qeyd edək ki, iyunun 21-də də davam edəcək səfər çərçivəsində nazir Nikolas Ruruanın ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi planlaşdırılır. Həmçinin, səfər çərçivəsində nazir Nikolas Ruruanın İçərişəhər Dövlət Qoruğuna baxış keçirməyi, İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Arxeoloji-Etnoqrafik muzey kompleksini ziyarət etməyi planlaşdırılır.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11