“Azdrama” da üç tamaşanın məşqinə başlanıldı
Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, artıq üç tamaşanın məşqlərinə start verilib. Belə ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasının yeni quruluşda əsaslı bərpası ilə əlaqədar məşqlər başlanıb. “Hökmdarın qızı” adlanan tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarları Polad Bülbüloğlu və Vasif Adıgözəlovdur. Rollarda İlham Əsgərov, Kazım Abdullayev, Məsmə Ağaverdiyeva, Rafiq Əzimov, Firəngiz Mütəllimova və başqaları iştirak edir.
Teatrda məşqlərinə başlanan ikinci tamaşa Afaq Məsudun “Qatarın altına atılan qadın” əsəri əsasında hazırlanır. İki hissəli tragikomediyanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı və
oranjemançısı Rauf Əliyev, rejissor assistenti Rəfiqə Musayevadır.
Üçüncü tamaşa isə M.F. Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” əsəri əsasında səhnələşdirilir. “Lənkəran xanının vəziri” adlı tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şərif, bəstəkarı Siyavuş Kərimi, plastika üzrə təlim və rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayeva, rejissor assistenti Xanım Həsənovadır.
Hər üç tamaşada bütün rollarda dublyor olacaq. Bir rolu iki və ya üç aktyor oynaya biləcək.
Xəyalə

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30