Çingiz Abdullayevin yeni kitabı təqdim olundu
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açaraq, nəşr barədə qısa məlumat verib. O bildirib ki, kitabın tərcüməçisi Munisə Dadaşqızı, redaktoru Təbəssüm Muxtarovadır. Əsərin tərcüməçisi Munisə Dadaşqızı “Sonuncu divarın daşları” barədə qısaca məlumat verib. Onun sözlərinə görə, kitab Almaniya Demokratik Respublikası dağılandan sonra oradakı ayrı-ayrı şəxslərin həyatından bəhs edir: “Əsərdə eyni zamanda satqın casusdan da söhbət gedir. Əsərin sonuna yaxın isə Dronqo o casusu tapır”.
Daha sonra Çingiz Abdullayev çıxış edərək, əsərlərinin Azərbaycan dilinə tərcümələrindən razı olduğunu deyib. İndiyədək Azərbaycan dilində 70 kitabının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı qeyd edib ki, onların satışından pul qazanmır. Satışdan əldə etdiyi bütün gəliri Qarabağ köçkünləri və uşaq evlərinə verir.
Ç.Abdullayev maraqlı bir məlumat da verib. Onun sözlərinə görə, Rumıniyada çıxan “Gün altında zülm” kitabına ön sözü oranın 84 yaşlı keçmiş müdafiə naziri yazıb. Lakin kitab işıq üzü görəndən sonra onu həbsə salıblar. Yazıçı bununla əlaqədar olaraq Rumıniya prezidentinə müraciət edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30