Azərbaycanda Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar sentyabrın 18-dən 28-ə qədər Azərbaycanda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının çıxışı olacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq. Üzeyir Hacıbəylinin ev-muzeyi isə “Üzeyir Hacıbəyli-125” adlı tədbir keçirəcək. Bütün bunlara yanaşı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət “Muğam” Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.
Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı bəstəkarın doğum günündə - sentyabrın 18-də Heydər Əliyev Sarayında baş tutacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27