Xərçəng bürcü   kişilərinin xarakteri necədir?
07 sentyabr 2022 09:31 (UTC +04:00)

Xərçəng bürcü kişilərinin xarakteri necədir?

Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ayın idarə etdiyi, su qrupuna aid olan xərçəng bürcləri utancaq olmaqları ilə tanınır. 

Bəs, ayrılıqda xərçəng bürcünün kişi nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Xərçəng bürcü kişiləri çox emosional olmaqları ilə bilinir. Hislərini gizlətməyən və bu şəkildə yaşayan xərçənglər üçün ən vacib məsələlərdən biri də ailədir. 

Ailəsi ilə birlikdə vaxt keçirməyi, onlar üçün işləməyi sevən xərçəng kişiləri çox ailəcanlıdırlar. Əsasən qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndirlər. 

Xərçəng bürcü kişiləri utancaq olmaqları ilə yanaşı, özünə qapanan, küsəyən və tez inciyən olurlar. Çünki qəlblərinin dərinliyində təkcə özləri barədə deyil, həm də ətrafdakı insanlar barədə düşünürlər.

Romantik, yardımsevər və səbirli olmaları da bu bürcün kişilərinin müsbət xüsusiyyətlərindədir. Bununla yanaşı, onların yaradıcılıq qabiliyyətləri də yüksəkdir. 

Xərçəng bürcü kişilərinin mənfi xüsusiyyətlərinin əvvəlində həddindən artıq rəqabətli olmaları gəlir. Dedi-qodunu sevirlər, bəzən hər şeyə qarşı ifrat həssas yanaşırlar. 

Onların sevgisini qazanmaq heç də asan deyil. Hətta ən yaxın dostlarından belə nə isə gizlədir və güvən problemi yaşayırlar. İdealist, sentimental və xəyalpərəstdirlər. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir. Gözəl qadınların, xüsusilə hazırcavab həmsöhbətlərin ətrafında olmağı sevir.  

Xərçəng kişisi aşiq olduğu qadınla romantik münasibət qurmağı xoşlayır. Münasibətlərdə partnyoruna sürprizlər etməkdən hər daim zövq alır. Baxışları ilə qarşı tərəfi asanlıqla ələ ala bilir. Bununla yanaşı, münasibətlərdə hər xırda detala fikir verib münaqişə yaratmır. Xərçəng keçmişə çox bağlıdır. Mühafizəkardır. Həyatdakı dəyişikliklərdən qorxur və onlara müqavimət göstərir. Ötən günləri tez-tez xatırlayaraq kədərlənir. Belə bir kişi ilə sevgi heç də asan başa gəlmir.

Xərçəng bürcü kişiləri iş həyatında olduqca bacarıqlıdırlar. Bunun səbəbi çox çalışqan olmalarıdır. İşlərinə çox əmək sərf edən xərçənglər çox vaxt yüksək vəzifələrdə yer alır. Amma xərçəng bürcü kişiləri xoşlamadığı işlərdə uğur qazanmırlar. Onların əsas məqsədləri sevdikləri işlərdə çalışmaqdır. Kəskin analitik ağlı ilə ən dolaşıq problemi həll edə bilir. Pul məsələlərindən yaxşı baş çıxarır, amma ənənəvi yolla qazanmağa üstünlük verirlər. Risk etməyi xoşlamırlar. 

# 31215
avatar

Sevinc Fərid

Oxşar yazılar