Xalqa Yeni İl təbrikini ilk dəfə hansı ölkə rəhbəri edib? - FOTOFAKT
12 yanvar 2021 17:17 (UTC +04:00)

Xalqa Yeni İl təbrikini ilk dəfə hansı ölkə rəhbəri edib? - FOTOFAKT

Prezidentin xalqa Yeni İl təbriki müasir dövrümüzdə ən reytinqli televiziya yayımlarından hesab edilir. Əksəriyyət Yeni İli harada keçirməyindən asılı olmayaraq, ölkə başçısının təbrikini izləməyə çalışırlar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər birinci şəxsin xalqa yeni il təbrikini uzun illərdə inkişaf etmiş siyasi vərdiş, nəsildən-nəslə ötürülən ənənə kimi də səciyyələndirirlər.

Sovet İttifaqında dövlət başçısının efir vasitəsilə xalqa rəsmi təbriki ilk dəfə 1936-cı il ərəfəsində olmuşdu. O vaxtkı siyasi rəhbər Mixail İvanoviç Kalinin radio vasitəsilə sovet vətəndaşlarını təbrik etdi. Lakin dinləyici auditoriyası çox az idi – Şimal Qütbündə çalışan sovet vətəndaşlarının sayı qədər. Ölkə rəhbərinin ilk ümumittifaq Yeni il radio müraciəti isə illər sonra - 1941-ci il dekabrın 31-də dinlənildi.

Mixail İvanoviç Kalinin

Yoldaş Kalininin bu təcrübəsi haradan qaynaqlanırdı, ilk dəfə bu addımı kim atmışdı... 

İlk dəfə 1932-ci ildə Böyük Britaniya Kralı V Georq efir vasitəsilə xalqın Yeni İlini təbrik etmişdi. Onun bu müraciəti heç də təsadüfi olmamışdı.

BBC-nin o dövrdəki rəhbəri Con Reyt krala maraqlı, öz təbirincə desək, “usta” bir ideya ilə müraciət edir: Milad günü xalqı radio vasitəsilə təbrik etmək. 

Monarx bu təklifi həvəssiz qarşılayır, hətta təsdiq cavabı da vermir. Lakin inadkar Reyt krala təkidlə izah edir ki, ölkə başçısının Milad təbrikinə xalqın ehtiyacı var. Kralı razı salmaq bir az vaxt aparır. Nəhayət BBC rəhbəri buna nail olur və  kral ilkə imza atır… 

1932-ci il. Kral V Georq mikrofon qarşısında Milad təbrikini çatdırarkən

Beləliklə, Kral V Georqun bayram təbriki bütün ölkələrə yayılaraq ənənə halına çevrilir. 

Təbrik mətninin müəllifi isə “papa Mouqli” ləqəbli yazıçı Redyard Kiplinq idi.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7134
avatar

Oxşar yazılar