Üzərinə gizli kamera quraşdırılan qadın çantası HƏRRACDA
16 fevral 2021 09:26 (UTC +04:00)

Üzərinə gizli kamera quraşdırılan qadın çantası HƏRRACDA

“Julien’s Auctions” hərrac evi ötən il fəaliyyətini dayandıran Nyu-Yorkda yerləşən Milli Təhlükəsizlik Komitəsinin Casusluq Muzeyinin bütün kolleksiyasını “Soyuq müharibə yadigarları” adı altında kütləvi satışını təşkil edib.

Lent.az TASS-a istinadla xəbər verir ki, hərraca çıxarılan ən bahalı əşya 32 min dollar dəyərində, üzərinə gizli kamera quraşdırılan qadın çantası olub.

Hərrac evinin saytında bildirilib ki, “Soyuq müharibə yadigarları” auksionu dünyanın ilk və ən böyük hərracı hesab olunur. Burada “Soyuq müharibə” dövründə ABŞ, Sovetlər Birliyi və Kubadan toplanmış ən nadir və vacib artefaktlar təqdim olunub. Ümumilikdə 400 eksponatdan çox olan hərracda gündəlik istifadə etdiyimiz müxtəlif cür əşyalarda gizlədilmiş miniatür fotokamera və səsyazma avadanlıqlarından tutmuş, 16 min dollara satılan Ernesto Çe Gevara tərəfindən yazılan sənədin əslini də görmək olar.

Hərrac evinin rəhbəri Darren Julien bildirib ki, “Soyuq müharibə yadigarları” auksionu o dövrün geosiyasi, iqtisadi və mədəni sarsıntılarını yaşamaq imkanı verir.

# 2148
avatar

Oxşar yazılar