Uydurma hekayədəki dəhşət real oldu: Yeniyetməni diri-diri kəsib yedilər
06 fevral 2021 10:16 (UTC +04:00)

Uydurma hekayədəki dəhşət real oldu: Yeniyetməni diri-diri kəsib yedilər

Məşhur yazıçı Edqar Allan Po “Artur Qordon Pim adlı insanın hekayəsi”ni qələmə alanda düşünmürdü ki, bir gün yazdıqları öz başına gələcək. 

Lent.az Edqar Allan Ponun sözügedən hekayəsindən bir parçanı təqdim edir. 

Bu hekayədə əsas dəhşət ondan ibarət idi ki, dənizdə batan gəmiçilər, naməlum adada sağ qalmaq üçün gəminin Riçard Parker adlı yunqasını diri-diri kəsib ətini yeyirlər. 

Məlumat üçün bildirək ki, yunqa yelkənli qayıqlarda kapitanın köməkçisi olan, adətən 16-18 yaşlı oğlanlardan seçilirdi. Gəmidə hamıdan balaca və təcrübəsiz olduğuna görə o, digər heyət üzvlərindən aşağı ranqlı sayılırdı. 

Dəhşətli fakt bundan ibarətdir ki, bu adi uydurma hekayə sonradan mistik bir hadisəyə çevrilir. Yazıçı bu əsəri yazdıqdan sonra, 1884-cü ildə həqiqətən də Amerikaya yaxın adaların birində “Lace” adlı gəmi batır. Adaya düşən dənizçilər sağ qalmaq üçün azyaşlı yunqanı diri-diri kəsib yeyirlər. 

Təəccüb doğuran məqam həmin oğlanın adının hekayədə olduğu kimi, Riçart Parker idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4239
avatar

Rəsul SARI

Oxşar yazılar