Tələbə üzərində test edilən "Pervitin" - HİTLERİN "MÖCÜZƏVİ SİLAHI"
02 fevral 2021 14:30 (UTC +04:00)

Tələbə üzərində test edilən "Pervitin" - HİTLERİN "MÖCÜZƏVİ SİLAHI"

1937-ci ildə Berlində yerləşən Timmler adlı əczaçılıq şirkəti Pervitin adlı dərmanı patentləşdirir. Pervitin o dövrlərdə depresiya, şizofreniyanın müalicəsində geniş istifadə olunurdu.

Lent.az-ın məlumatına görə, ordu psixiatrı Otto Ranke dərmanın potensialını gördükdən sonra onu universitet tələbələri üzərində test edir və dərmanın şərtlərdən asılı olmadan insanda dözümlülük, konsentrasiya və performansı artırdığını müəyyən edir. Həmçinin psixiatr dərmanın ağrını, yorğunluğu, aclığı azaltdığını görür. Ancaq morfin və heroindən fərqli olaraq insanı oyaq tutduğunu da kəşf edir.

Növbəti il Timmler Berlindəki hər bir həkimə 3 milliqram Pervitin göndərir. Bu hadisədən sonra həkimlər dərmanın təsirinə inanır və onu iştahın kəsilməyi, depresiyanın müalicəsində istifadə edirlər.

Almaniyadakı populyarlığına baxmayaraq Pervitin 1939-cu ilə qədər reseptsiz alına bilirdi.1941-ci ildə Hitler Almaniyası dərmanın dövlət nəzarətində istehsalını nəzərdə tutan qanun çıxartmasına baxmayaraq istehsal miqdarı bir sonrakı ildə 1.5 milyon artdı və Pervitin ‘Volksdroge’ , yəni, xalqın dərmanı adını aldı.

Xalq arasında istifadəsinin geniş yayılmasına baxmayaraq bu psixostimulant əsasən orduda istifadə olunurdu.

Pervitin Hitler Almaniyasının Blitzkriq (ildırım müharibəsi) taktikasında əhəmiyətli rol oynayırdı. Taktika sürətli qələbə qazanmaq üçün gərgin hücumlar etməkdən ibarət idi və bu psixostimulant əsgərlərin yatmamasını, yorulmamasını təmin edərək taktikanın uğurlu gedişatına kömək edirdi.

Dərmanın ilk böyük sınağı Polşanın işğalında olmuş və bu işğaldan sonra Üçüncü Reyx 35 milyon Pervitin sifariş etmişdi.

Normal şərtlər altında fransızlar Fransanın Ardennes bölgəsini Hitler Almaniyasının 2 həftəyə işğal edəcəyini təxmin edirdi. Lakin Pervitinin təsiri ilə heç yatmayan əsgərlər general Heinz Guderianın planı ilə 3 gün 3 gecə dayanmadan vuruşmuş və bu bölgəni ələ keçirmişdilər. Həmçinin Hitlerin əsgərləri 4 gün içində 1-ci Dünya müharibəsində almanların Fransada işğal etdikləri ümumi torpaqların daha çoxunu işğal edərkən Pervitin əsgərlərin oyanıq qalmasına və özlərini “super insan” hiss etmələrinə kömək etmişdi.

Eyni zamanda Britanya Müharibəsi dövründə də alman pilotlarının yazılarında Pervitinin istifadəsinə rast gəlirik. Hətta pilotlar dərmana “pilot duzu”, “pilot şokoladı”, “Stuka həbləri” kimi adlar da vermişdi.

Pervitin nə qədər güclü dərman olsa da, bu, almanlar üçün kifayət deyildi. 1944-cu ildə yüksək rütbəli alman zabiti Hellmuth Heye döyüş üçün daha güclü dərmanların istifadəsinin vacib olduğunu qeyd edir və əczaçı Gerhard Orzechowski D-IX adlandırdığı yeni dərmanı istehsal edir. Bu dərmanın tərkibi isə, 3 milliqram Pervitin, 5 milliqram kokain və 5 qram Eukadoldan (morfindən hazırlanmış ağrıkəsici) ibarət idi. Lakin dərman əsgərlərin halüsinasiyalar görməsinə səbəb olur və istənilən təsiri vermir.

 

Ordunun Pervitindən istifadəsi azalsa da, 1960-cı ilin sonuna qədər Şərqi və Qərbi Almaniya orduları Pervitindən istifadəyə davam etdi və Qərbi Almaniya 1970-ci illərdə, Şərqi Almaniya isə, 1988-ci ildə Pervitinin istifadəsin tam şəkildə kəsdi və sonda, Pervitin bütün Almaniyada qadağan olundu.

Qeyd edək ki, Pervitinin formulu C10H15N-dir. İUPAC adı isə (S)-N-metil-1-fenil-propan-2-amindir. Tərkibi isə metamfatamindir.

Mənbə:

  1. https://en.wikipedia.org/wiki/Methamphetamine
  2. https://dirtysexyhistory.com/2018/04/26/pervitin-the-peoples-drug-how-methamphetamine-fueled-the-third-reich/
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7353
avatar

Oxşar yazılar