36 yaşlı Alyona Kravçenkonun görünüşü slavyan qızların gözəlliyi ilə bağlı Avropada yayılmış şayiələri təsdiqləyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, şəkildə ukraynalı model, həyatdakı nağıl şahzadəsinə bənzəyir və dəbdəbəli sarı saçları da bu işdə ona kömək edir.
Alyona onları 30 ildir diqqətlə böyüdür və indi uzunluğu 1,8 metrə çatır.
Belə həddən artıq uzun bir hörüklə, qızın paltar geyinməsinə də ehtiyac yoxdur.
O, bunu abunəçiləri qarşısında özünün çılpaq fotosu ilə də nümayiş etdirib.
Model otağın küncündə dayanıb və yanında lazımsız bir paltar asılıb. Alyona saçlarını qabağa ataraq taramağa başlayıb və uzunluğu ən ədəbsiz yerini örtmək üçün kifayət edib.
Pərəstişkarları onun görünüşünə valeh olublar.
Alyona saçları sayəsində dünyadakı insanların qəlbini fəth etməyi və İnstaqramda təxminən 53 min abunə toplamağı bacarıb.
O, saçının rənginə və uzunluğuna görə təbii olduğunu iddia edir.