Qocalmanı yavaşlatmağın sadə yolu tapıldı
02 dekabr 2023 13:34 (UTC +04:00)

Qocalmanı yavaşlatmağın sadə yolu tapıldı

Qocalma dayandırılması mümkün olmayan təbii bir prosesdir. Ancaq amerikalı alimlər onu yavaşlatmağın bir yolunu tapıblar.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, onlar iddia edir ki, gündəlik kalori qəbulunu yalnız bir qədər azaltmaq lazımdır. Bu, genləri stimullaşdırır və əzələləri gücləndirir, yaşa bağlı dəyişiklikləri yavaşladır.

Tədqiqat göstərir ki, sağlam qocalmanın bioloji proseslərini aktivləşdirmək üçün gündəlik kalori qəbulunu cəmi 12% azaltmaq kifayətdir.

İlk ildə məhdudiyyətlərə əməl etdikdə insanlar təxminən 10 kiloqram çəki itirir. Ancaq əzələ gücünü saxlayırlar. Yəni, məhdudiyyət eksperiment iştirakçılarının əzələlərini gücləndirib. Bundan əlavə, kalori qəbulunun azaldılması yaşlanma ilə sıx əlaqəli olan və bir çox yaşlı insanlarda inkişaf edən toxuma iltihabını da azaldıb.
 

# 23331
avatar

Sevinc Fərid

Oxşar yazılar