Oruc zamanı  cinsi əlaqə olar?   – Bu halda...
30 mart 2023 18:53 (UTC +04:00)

Oruc zamanı cinsi əlaqə olar? – Bu halda...

Oruc tutan insanları maraqlandıran məsələlərdən biri də cinsi əlaqədir. Bəs, cinsi əlaqədə olmaq orucu batil edirmi?

Lent.az  xəbər verir ki, unudaraq cinsi münasibətdə olmaq orucu pozmur. Bu hökm bütün fərz, nafilə və ya vacib oruclara aiddir. Çünki unutmaq insanın əlində olan bir şey deyil. 

Yox, əgər oruclu şəxs cinsi əlaqədə bilərəkdən olarsa (və ya cinsi istəyini hər hansı bir yolla təmin edərsə) oruc batil olur və şəxsin boynuna həmin günün orucunun qəzası ilə birlikdə kəffarə də gəlir. Orucun bir gününün pozulması iki aya bərabərdir. Yəni həmin günün əvəzinə əlavə 60 gün oruc tutulmalıdır. 

Qeyd edək ki, iftardan sonra cinsi münasibət yaşamaq orucu pozmur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164
avatar

Oxşar yazılar