Ukraynanın Səhiyyə Nazirliyi 2021-ci ildə kişilərlə cinsi əlaqədə olan kişilər arasında “biodavranış tədqiqat” üçün bir tender elan edib.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, tender qaliblərinə 10 milyon qrivna ödəniləcək.
Tədqiqatın məqsədi HİV və cinsi yolla keçən infeksiyaların homoseksual kişilər arasında necə yayıldığını öyrənməkdir. Tender üçün pul Amerikanın "ABŞ prezidentinin QİÇS-lə Mübarizə üçün Təcili Planı" layihəsi tərəfindən ayrılıb.
Elmi işin nəticələri 6900 ukraynalıdan alınan məlumatların təhlilinə əsaslanmalıdır. İştirakçılar ilə müsahibə aparılacaq və onlardan qan testləri alınacaq. Alınan məlumatlara əsasən Ukrayna HİV-in qarşısının alınması proqramı hazırlamağı planlaşdırır.
Mavilərin biodavranış araşdırması ölkədə 2009-cu ildən aparılır. 2019-cu ildə bənzər bir sorğu ilk dəfə transseksual insanlar arasında aparılıb.