Branden Kondi, biznesmen
17 fevral 2021 19:30 (UTC +04:00)

Branden Kondi, biznesmen

Keçmiş “BOMJ” İnstaqramdakı biznesi ilə milyonçu oldu

Uzun müddət evsiz qalan bir amerikalı sosial şəbəkələrdə öz biznesini başlayaraq milyonçu olub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, uşaq ikən, Virciniyadan olan 25 yaşlı Branden Kondi yoxsulluq içində yaşamaq məcburiyyətində qalıb.

Kişinin dediyinə görə, bir dəfə anası gözlənilmədən işindən qovulub və ailəyə əşyaları yığmaq və evdən çıxmaq üçün 12 saat vaxt verilib. Bundan sonra Kondi bir neçə il gecəni dostları ilə və ya küçədə keçirib.

“Biz ictimai tualetləri yumağa və başqalarının evlərində yaşamağa məcbur idik”, -  o, vurğulayıb. 

Kişi, uşaqlıq xatirələrinin onun öz işinə başlamaq üçün qərar verməsinə təkan olduğunu etiraf edib. Sahibkarlıq haqqında kitab oxumağa başlayıb və məşhur iş adamlarını sosial mediada izləyib.

“İndiki tərəfdaşlarımı belə tanıdım: uğurla marketinq firması açan Arizonadan olanlarla söhbətə  başladım”, -  Kondi deyib. 

Bir ay sonra Kondi az maaşlı işindən çıxıb və yeni tanışları ilə şirkəti inkişaf etdirmək üçün başqa bir əyalətə gedib.

İki il ərzində “Instagram”da Branden Condy LLC adlı bir marketinq agentliyi qurub və bu şirkət ona aylıq 25 min dollar gəlir gətirib.

Keçmiş evsiz kişi “Instaqram”da da populyarlıq qazanıb: hazırda 234 min adam abunə olub. Səhifəsində bahalı avtomobillərdə səyahət edərkən çəkilən şəkillərini və lüks markaların butiklərini yerləşdirir.

# 4401
avatar

Oxşar yazılar