Hansı ölkələr ingilis dilində daha yaxşı danışır - ARAŞDIRMA
19 dekabr 2020 12:16 (UTC +04:00)

Hansı ölkələr ingilis dilində daha yaxşı danışır - ARAŞDIRMA

İngilis dili planetimizdə ən çox danışılan dillərdən biridir. Bir milyarddan çox insan ingilis dilini ilk və ya ikinci dil kimi qəbul edib. Yüz milyonlarla insan isə üçüncü və ya dördüncü dil olaraq ingilis dilindən istifadə edir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Education First” (EF) xarici dil olaraq ingilis dilində hansı ölkələrin daha yaxşı danışdığını müəyyənləşdirib. 

100 ölkənin 2,2 milyon insanı arasında onlayn testi əsasında tərtib edilən araşdırmanın nəticəsinə görə, Hollandiya vətəndaşları birinci yerə çıxıb.

Məlum olub ki, Şimali Avropa ölkələri ingilis dilini digərlərindən daha yaxşı bilir. Hollandiyadan əlavə Danimarka, Finlandiya, İsveç və Norveç ilk 5-likdə qərarlaşıb. 

Qeyri-Avropa ölkəsi olan Sinqapur ilk onluğa (10-cu yer) daxil olub. Son sıralarda (98, 99 və 100-cü yerlər) Oman, İraq və Tacikistan gəlir. 

Ən pis danışılan bölgə Orta Şərq olub.

Ölkələr üzrə Rusiya Kuba ilə bərabər orta bilik səviyyəsinə sahib ölkələr qrupuna düşüb. MDB ölkələri arasında ən yaxşı nəticə göstərən Belorus (40-cı yer) olub.
 
Şəhərlərin sıralamasına görə, Kopenhagen, Amsterdam və Helsinki sakinləri ən yaxşı İngilis dilini bilənlərdir. 

Ən geridə qalan – bu dili zəif bilən şəhər sakinləri Ər-Riyad və Düşənbədə yaşayır. Moskva və Sankt-Peterburq, Kiyev orta bilik səviyyəsi ilə qrupa düşüb. Minsk və Tiflis orta qrupdan bir qədər aşağıda qərarlaşıb.

Rəsul
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5538
avatar

Oxşar yazılar