Fəhlə ailəsində doğuldu, dünyanın ən varlılarından biri oldu
10 fevral 2021 18:47 (UTC +04:00)

Fəhlə ailəsində doğuldu, dünyanın ən varlılarından biri oldu

Robin Li 1968-ci ildə Çində dünyaya gəlib. O, Çinin ən məşhur axtarış motoru olan Baidunun qurucusudur.

Lent.az xəbər verir ki, Robin Lİ Çinin ən zəngin insanlarından biridir. "Forbes"in dəyərləndirməsinə görə, onun 13 milyard dollar sərvəti var. Bəs Çinin Şançi vilayətində kasıb bir ailədə doğulan Robin bu cür uğuru necə əldə edib?  

Robin Li Çinin Şançi vilayətində fəhlə ailəsində dünyaya gəlib, 4 qardaşı var. Ailəsi ona hər zaman yaxşı təhsil almağı məsləhət bilib. Robin li ailəsinin ona məsləhət etdiklərinə sözün əsl mənasında yaxşıca əməl edib.  

Orta məktəbi uğurla bitirən Li, Pekində universitetə daxil olur. O, beynəlxalq əlaqələr ixtisasında təhsil alıb. Univeriteti də məktəb kimi əla qiymətlərlə bitirən Li, arzularını həyata keçirmək üçün ABŞ-a köçmək qərarına gəlir.  

O, ABŞ-da Buffalo Universitetində kompüter təhsili almağa başlayır. Buffalo universitetində magistr təhsilini başa vuran Li, Çinə qayıtmaq əvəzinə ABŞ-da işləməyə başlayır. Burada axtarış motorları alqoritmləri üzərində işləməyə başlayır. Beləcə Li həyatının qalan hissəsini axtarış motorlarına həsr etməli olur.  

# 2817
avatar

Oxşar yazılar