Atlar niyə ayaq üstə yatır? - MARAQLI FAKT
29 may 2024 10:08 (UTC +04:00)

Atlar niyə ayaq üstə yatır? - MARAQLI FAKT

Alimlər atların niyə ayaq üstə yatmağa üstünlük verməsinin sirrini açıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, atlar əslində uzanmaqla dincələ bilirlər. Lakin onlar bunu yalnız həddindən artıq yorğunluq və ya xəstəlik hallarında edir. Atlar vaxtlarının çoxunu ayaq üstə keçirirlər və bu davranış iki mühüm amillə izah olunur.

Birinci amil yuxu və istirahət ehtiyacıdır. İstirahət edərkən belə, atlar ətrafdakı mümkün təhlükələrə dərhal reaksiya vermək üçün ayıq qalır.

Miçiqan Universitetində atlar davranışı üzrə ekspert Karen Waite vurğulayır ki, atın ayaq üstə yatması yırtıcılara qarşı uyğunlaşması deməkdir. Bu, heyvanın təhlükə anında tez qaçmaq şansını artırır.

İkinci amil rahatlıqdır. Atlar ayaq üstə dincələ bilər və lazım gələrsə, mümkün təhlükələrə dərhal reaksiya verə bilər. Bundan əlavə, ayaq üstə yatarkən atlar uzandıqları zamandan daha sürətli hərəkət edə bilirlər. Bununla belə, alimlər onu da qeyd edirlər ki, atlar o qədər yorula bilər ki, onlar bəzən uzanıb dincəlməyə üstünlük verirlər. Bu, özlərini təhlükəsiz hiss etdikdə xüsusilə doğrudur.

Qeyd etmək lazımdır ki, atlar ayaq üstə yatarkən onların əzələləri, vətərləri və bağları rahatlaşır, bu da onların oynaqlarını sabitləşdirməyə və tarazlığı qorumağa imkan verir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Arzu Qurbanlı

Oxşar yazılar