48 dərəcə şaxta, “Sibir uşaqları”nın qartopu oyunu... – Britaniya sakinləri ŞOKDA
19 dekabr 2020 11:00 (UTC +04:00)

48 dərəcə şaxta, “Sibir uşaqları”nın qartopu oyunu... – Britaniya sakinləri ŞOKDA

Bu dəfə Böyük Britaniya mətbuatını Yakutiya məktəblilərinin şəkilləri bəzəyib.

Lent.az-ın məlumatına görə, “Global Look Press”in fotoqrafının 48 dərəcə şaxtada çöldə oynayan “Sibir uşaqları” tablosu Britaniya sakinlərini sözün əsl mənasında şoka salıb.

Həmçinin, “Daily Mail” nəşrinin Yakutiya məktəblilərinə həsr etdiyi məqalə onları “günün qəhrəmanı”na çevirib.

Britaniya sakinləri rəy bölümündə belə şaxtada çölə çıxmağın mümkünsüzlüyünü yazaraq bildiriblər ki, “Bizdə ilk qar yağandan dərhal məktəblər bağlanır. Yakutiya məktəbliləri isə 48 dərəcə şaxtada sərbəst gəzir, hətta qartopu oynayırlar...”.

İzləyicilərdən biri "Rus uşaqlar bizim şagirdlərdən daha güclü və daha sərtdirlər" deyə qey edib.

Digər rəylər: 

“Temperatur sıfırdan biraz aşağı düşəndə belə donmağa başlayırıq”. 

“Bu Sibirlilər dırnaq kimi möhkəmdir".
 

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5733
avatar

Oxşar yazılar