Sevdanın ad gününə kimlər gəldi?
29 dekabr 2013 11:46 (UTC +04:00)

Sevdanın ad gününə kimlər gəldi?

Ötən gün müğənni Sevda Yəhyayeva sənət dostlarını başına yığaraq doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində baş tutan ziyafətə bir çox tanınmış sənətçilər dəvətli olub. Prodüser Tolikin təşkil etdiyi gecədə Faiq Ağayev, Abbas Bağırov, Röya Ayxan, Nadir Qafarzadə, Günay İbrahimli, Ayaz Qasımov, Səbinə Babayeva, Elçin Cəfərov, rəqqasə Fatimə, bəstəkar Pərviz Mahmudov, prodüser Pərviz Əsgərov, aparıcılardan Afaq Gəncəli, Zaur Nəbioğlu, Günel Hümbətova, Zaur-Günay cütlüyü, biznes - ledi Ruhi Əliyeva və digər tanınmışlar iştirak ediblər.

 

Sevda dostlarına minnətdarlıq edib: “Əziz dostlarım təbriklərinizə görə, hər birinizə minnətdaram. Çox sağ olun. Mən çox şadam ki, sizin kimi dostlarım var. Hər biriniz mənə doğma və əzizsiniz”.

 

S. Yəhyayevanın doğum günündən olan şəkilləri təqdim edirik.

# 2401
avatar

Yalçın UĞUR

Oxşar yazılar