Roza Zərgərli "Spor" deyib, nə müjdəsi verdi?
05 fevral 2016 10:41 (UTC +04:00)

Roza Zərgərli "Spor" deyib, nə müjdəsi verdi?

Müğənni Roza Zərgərli yaradıcılığındakı yenilikdən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri və musiqisi Gülnar Soltanovaya, aranjemanı Elvin Musayevə məxsus “Spor” adlı mahnı ifa edib: “Bir müddət idi ki, bu mahnı üzərində işləyirdik. Nəhayət bəstə bu gün hazır oldu. “Youtube” şəbəkəsinə yüklənilən mahnının radiodalğalarda da səslənməsi nəzərdə tutulub. Yaradıcılığımda yeniliklərim hələ çoxdur. Bu yaxınlarda pərəstişkarlarımı sevindirəcəyəm. Gözləməyə dəyər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar