Rihanna Google-nin lideridir
31 dekabr 2013 02:54 (UTC +04:00)

Rihanna Google-nin lideridir

“Google” şirkəti 2013-cü il ərzində adı ən çox axtarışa verilən məşhurların reytinq siyahısını açıqlayıb. Lent.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, ilk sıraya bu yaxınlarda “Diamonds” adlı dünya turnesini sonlandıran və qalmaqallı hərəkətləri ilə yadda qalan Rihanna layiq görülüb.

Siyahıda yer alan digər məşhurlar isə söz-söhbətə səbəb olub. Belə ki, qalmaqallı Mayli Sayrus və bu yaxınlarda yeni albom təqdim edən Britni Spirs sıralamanın son pilləsi ilə kifayətlənib. Həmçinin M.İ.A və Lana Del Rey də bu reytinq cədvəlində yer alanlar siyahısında olub.

# 1924
avatar

Oxşar yazılar