Rəqsanə kimlərə süfrə açıb, nə təqdim etdi ?
28 dekabr 2013 02:23 (UTC +04:00)

Rəqsanə kimlərə süfrə açıb, nə təqdim etdi ?

Ötən gün müğənni Rəqsanə İsmayılova media nümayəndələrini və sənət dostlarını başına  yığaraq onlara süfrə açıb.

Lent.az-ın məlumatına görə, ifaçının qonaqlıq verməsinə səbəb, bəstələdiyi yeni mahnıları həmkarlarına hədiyyə etməsi olub. Belə ki, tədbir zamanı  müğənnilərdən Elnur Məmmədov, Xatirə İslam, Nətavan Həbibi,  Vasif Məhərrəmli, meyxanaçı Namiq Qaraçuxurlu, teleaparıcı Nanə Ağamaliyeva və Rəqsanənin musiqi hədiyyəsini qəbul ediblər.

 

Tədbirdən sonra Lent.az-a açıqlama verən  Rəqsanə bildirib ki, bu mahnıları çoxdan bəstələsə də vaxt qıtlığına görə dostlarına təqdim edə bilmirmiş: “Bu gün ziyafətə yalnız mənə yaxın olan jurnalistlər və sənətçilər gəlmişdi. Mahnıları sahiblərinə təqdim etdim. Siz də şahidi oldunuz ki, hədiyyəm onların ürəyinə yatdı. Yəni bəyəndilər. Özü də ki bu pulsuz hədiyyədir. Bu mənim bəstəkar kimi ilk addımımdır. Sənətçi dostlarımın hər birinə uğurlar arzulayıram. İnşallah hər birinin mahnısı sevilər”.
 

Qeyd edək ki, gecədə telaparıcılardan Zaur Nəbioğlu, Arzu Ümid, Afaq Gəncəli, rejissor Aynurə Səmədova, prodüser Ataş və Dj Kazım da iştirak edirdi.
 

# 2730
avatar

Yalçın UĞUR

Oxşar yazılar