Rəqsanə: "Mənim üçün reklam ayı olacaq"
03 yanvar 2014 15:35 (UTC +04:00)

Rəqsanə: "Mənim üçün reklam ayı olacaq"

Müğənni Rəqsanə İsmayılova gələn həftə Bakıya qayıdacaq. 


Axşam.az-ın məlumatına görə, hazırda Moskvada olan sənətçi uzun müddətdir üzərində çalışdığı layihələrini təqdim edəcək. Əməkdaşımızla söhbətində Rəqsanə yanvarın 8-də Bakıya gələcəyini bildirib: 

“Yanvarın 3-də bayram istirahətim bitir. Artıq dincəlməyə son qoyuram. Türkiyəyə gedib işlərimin başına qayıdacağam. Bu həftədən yeni mahnılarımın reklamına başlayacağam. Ayın 8-də isə Bakıya qayıdıb yeniliklərimi burada reklam edəcəyəm. Necə deyərlər, yanvar mənim üçün reklam ayı olacaq”.

 

# 2462
avatar

Oxşar yazılar