Niyaməddin Musayev sevgilisi iddia edilən qızdan danışdı
31 iyul 2013 12:50 (UTC +04:00)

Niyaməddin Musayev sevgilisi iddia edilən qızdan danışdı

Xalq artisti Niyaməddin Musayev bir müddət bundan öncə Türkan adlı bir xanımla şəklinin yayılmasından danışıb. Lent. az xəbər verir ki, müğənni məsələ ilə bağlı modern. az-a bunları deyib: “Türkan mənim nə tələbəmdi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. O, gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir. Yenə də deyirəm ki, Türkan mənim tələbəm deyil. Onsuz da mənim janrımda oxuyanların hamısı tələbələrimdir”.

 

# 3794
avatar

Oxşar yazılar