Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov bundan sonra mətbuata açıqlama verməyəcək. Lent.az-a danışan xalq artistinin oğlu deyib ki, son zamanlar adı əsassız xəbərlərdə hallandırılır: "Hətta mənə şər-böhtan atdılar. Həmin xəbərlər yayımlanandan sonra bir neçə jurnalist mənə zəng edib, açıqlama alırdı. Mən də məcbur olub, mətbuata açıqlama verirdim. Amma bu gündən sonra açıqlama verməmək qərarına gəlmişəm. Xahiş edirəm ki, bu qərarımı anlayışla qəbul etsinlər”.
Qeyd edək ki, O.Nadirovun anası, xalq artisti İ.Quliyeva da mətbuatla əlaqəni bir neçə gün öncə kəsib.