Fərhad Göçər və Aygün Kazımovanın Gəncə konserti - YENİLƏNİB
30 dekabr 2013 17:33 (UTC +04:00)

Fərhad Göçər və Aygün Kazımovanın Gəncə konserti - YENİLƏNİB

Ötən gün Gəncədə, Heydər Əliyev meydanında türkiyəli müğənni Fərhad Göçərlə xalq artisti Aygün Kazımovanın konserti olub. Lent.az-ın məlumatına görə, konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ilə düzənlənib. Afaq Gəncəlinin aparıcılıq etdiyi gecədə hər iki ifaçı sevilən mahnılarını oxuyublar. Sonra Azərbaycan xalqını yeni il bayramı münasibəti ilə təbrik ediblər.

 

Onu da əlavə edək ki, bu, F.Göçərin Gəncədə verdiyi ilk konsert deyil. O, bu il mayın 5-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ukraynalı müğənni Ruslana  ilə eyni səhnəni paylaşmışdı.

 

# 2160
avatar

Yalçın UĞUR

Oxşar yazılar