Elza Seyidcahan: “Mən dilənçiyəm...”
26 dekabr 2013 15:20 (UTC +04:00)

Elza Seyidcahan: “Mən dilənçiyəm...”

Əməkdar artist Elza Seyidcahan növbəti qeyri-adi layihəsini təqdim etmək niyyətindədir. O, Lent.az-a  bildirib ki, sözləri Nüsrət Kəsəmənliyə, musiqisi özünə məxsus olan “Dilənçilər” mahnısını təqdim edəcək. Müğənni hətta bu mahnı üçün fotosessiya da etdirib: “Hər zaman qeyri-adi layihələrimlə seçilirəm. Bu da həmin proyektlərimin ardıdır. Çəkdirdiyim bu şəkillər əslində danışır, yəni mənalı şəkillərdir. Birinci şəkildə baxıram, ikinci şəkildə isə Allahıma dua edirəm. Əllərimi Allaha uzadıb, insanlara səmimiyyət dilənirəm. Şəkildə gördüyünüz kimi Allaha əl uzadıb dilənəndə, əllər insanların etdiyi günahlara görə qaralıb. Bəli Elza dilənçidi, səmimiyyət dilənçisi. Mahnın sözlərində də var ki, “Ay əmilər, ay bibilər yardım edin...” Pul dilənmirəm, səmimiyyət dilənirəm. Sonda Allah duama cavab verir və o zaman otururam yerimdə. Sonda Allah deyir ki, mənə əl açmısansa, bəs mənim həyam haradadır ki, sənə kömək etməyəm. Biz bilirik ki, hər insanın bir çiynində xeyir, digərində isə şər mələk oturur. Amma məndə hər ikisində xeyir mələkləridir. Şəkillərə baxsanız, bunun şahidi olacaqsınız”.

 

E. Seyidcahan sonra bildirib ki, “Dilənçilər” mahnısını 1996-ci ildə Azəri Günelə yazsa da müəyyən səbəblərdən mahnı oxunmayıb: “Bir müddət öncə Azəri Günellə aramızda baş verən anlaşılmazlıq bu mahnı üstündə olmuşdu. O, mənim yanıma bu mahnını oxumağa gəlmişdi. Amma sonradan Türkiyədə ki, albomuna daxil edəsi olmadı. Onu da qınamıram, çünki o vaxtlar albomda yer alan mahnıları o müəyyən etmirdi. Günelə hörmətim var,yaxşı ifaçıdır”.

# 1561
avatar

Yalçın UĞUR

Oxşar yazılar