Bhuttonun İngiltərədəki sarayı fahişəxanaya çevrilib
30 dekabr 2013 07:16 (UTC +04:00)

Bhuttonun İngiltərədəki sarayı fahişəxanaya çevrilib

Pakistanın keçmiş, mərhum baş naziri Bənazir Bhutto və əri Asif Əli Zərdarinin İngiltərənin Surrey qrfalığındakı Rokvud –Hauz malikanəsi hazırda gizli pritona, seksual tədbirlər keçirilən yerə çevrilib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda İngiltərədə çıxan «The Daily Mail» qəzeti xəbər yayıb.

 

Mənbə bildirib ki, 15 otaqlı, super çağdaş  sarayın qiyməti 8,9 milyon funt sterlinqdir. Əvvəllər orada diplomatik çay qonaqlığı təşkil edilər, tərəf müqabilini dəyişməklə erotik gecələr keçirilərmiş. Malikanənin zirzəmisində isə «çılpaq tennis» oyunları  və sadomazaxist əyləncə gecələri təşkil edilərmiş.

 

Bhutto və Zərdari bu sarayı 1995-ci ildə alıb. 2004-cü ildə isə malikanə 4 milyon funta satılıb. Sarayın yeni yiyəsi orada seks-gecələri təşkil edir. Həmin əyləncəli gecələrin bileti 450 funtdur.

 

Sonuncu dəfə bu ilin avqustunda  «Little Liaisons» şirkəti «günahların kiçik festivalı» adı altında  tədbir keçirilib.

 

 

 

# 2332
avatar

Oxşar yazılar