Azərbaycanlı müğənni “Manqa” ilə duet oxuyacaq
27 dekabr 2013 12:56 (UTC +04:00)

Azərbaycanlı müğənni “Manqa” ilə duet oxuyacaq

Vokal ifaçısı Lətifə Soyuöz  2013-cü ildəki uğurlarından danışıb. Lent.az-ın məlumatına görə, o, bu il gecəkləşdirdiyi iki böyük layihədən söz açıb.

 

İfaçı söz və musiqisi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus olan “Hədəf” mahnısına çəkilmiş klipə də münasibət bildirib: “Rejissor Anar Hüseynovun çəkdiyi “Hədəf” sözün əsl mənasında ömrümün hədəfini müəyyən etdi. Məhz bu mahnı və klipdən sonra daim yaxşı işlər görəcəyimə söz verdim. Məşhur “Manga” qrupundan iş birliyi təklifi alanda anladım ki, “Hədəf”ə doğru addımlayıram. Ardınca digər xarici ölkələrdə konsert proqramı ilə çıxış etmə təklifləri gəldi. İlk addımlarımın uğurlu nəticə verdiyinə çox sevinirəm. Komanda yaxşı olanda işlər yağ kimi gedir. Menecerim sayəsində media mənsubları ilə daha yaxından tanış olub, onların da rəğbətini qazandığım üçün çox xoşbəxtəm”.  

 

 

Soyuöz bu yaxınlarda daha bir klip çəkdirdiyini deyib. Bildirib ki, sözləri İlham Abduyevin, musiqisi Naibə Şahməmmədovanın, aranjemanı isə  Yaşar Baxışın olan “Məhkəmə”  mahnısına klipi rejissor Anar Hüseynov çəkib: “Bu layihədə 80 nəfər çalışıb.  50 nəfərlik aktyor heyətinin geyimləri və qrimləri özəl olaraq hazırlanmışdı. Klipdə tərəf müqabilim çox hörmət bəslədiyim ifaçı və bəstəkar Rəhim Rəhimli idi. Burada da “Hədəf”də olduğu kimi geyimlərimiz modelyer Renat Ramazanova məxsus idi.  İlin əvvəlində “Manga” ilə duet yazdıracağam. Ancaq duet təklifləri tək “Manga” ilə bitmir. Yerli sənətçilərimizlə də oxumağı düşünürəm. Bir neçə tanınmış həmkarımdan təklif gəlib”.

 

Qeyd edək ki, sonda o, öz komandasına və onun yaradıcılığı ilə maraqlananlara təşəkkür edib.

Klipləri təqdim edirik.
 

# 1268

Oxşar yazılar