“Qrup №1” in aparıcısı dəyişdi
14 may 2013 14:26 (UTC +04:00)

“Qrup №1” in aparıcısı dəyişdi

Dünən ATV-də  “Qrup № 1” -in növbəti efir günü olub. Lent. az-ın məlumatına görə, bu dəfə yarışmaya İlkin Həsəni yox, Şəhriyar Əbilov aparıcılıq edib. Layihənin bu həftəki münsif qonaqları xalq artisti Faiq Ağayev  və  Anar Nağılbaz olub. Yarışma maraqlı dialoqlarla , münsiflərin çıxışlara özünəməxsus yanaşmaları ilə yadda qalıb. “Km-Family” qrupunun ifaları həm tamaşaçıların , həm də münsiflərin xoşuna gəlib. Münsiflər “İdeal” qrupuna iradlarını bildiriblər.  Münsiflərin hər biri öz xallarını “Km-Family” qrupuna versə də sonda SMS nəticələrinə görə  duelin qalibi “İdeal”  olub . Gələn həftənin duelçilərinin  “Abşeron”  və  “S-Twins” qrupları olacağı müəyyənləşib.

 

Hər həftənin bazar ertəsi, saat 21-50- də  “Qrup № 1”  izləməyi unutmayın.

 

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi Lent. az-dır.

# 1136
avatar

Oxşar yazılar