Rəşad Dağlının oğlunu Balaəli öyrədir? - Belə deyirlər
10 yanvar 2023 18:07 (UTC +04:00)

Rəşad Dağlının oğlunu Balaəli öyrədir? - Belə deyirlər

Lent.az “Belə deyirlər” adlı yeni rubrikayla qarşınıza çıxır.

Bu dəfə cəmiyyətimizdə gəzib-dolaşan xəbərləri, gündəm olan bütün hadisələrə camaatımızın münasibətini, sosial şəbəkələrdə deyilən, amma rəsmən dilə gətirilməyən söhbətləri diqqətinizə çatdıracağıq.

İlk "dedi-qodu" da meyxanaçı Balaəli barədədir.

Son günlər nə vaxt baxırsan Rəşad Dağlınını oğlu Yusif saytlara açıqlama verir, sosial şəbəkələrdə status yazır:

“Atam xəbər göndərdi ki, məndən sonra Balaəlidir”, “Atamın sözünü deyirəm: xiridar bütün məclislərdə Balaəliyə “podderjka” versin”, “Rəşaddan buyruq oldu: Orxan “zloy qafiyələr” açmasın, Mehman Əhmədlini toya çağırmayın, bədiyyəçilərlə oturub-durmayın”.

Adamın inanmağı gəlmir ki, bunu yazan balaca bir oğlandır. Adam deyəndə camaatın inanmağı gəlmir. Yoxsa bizim nəyimizə qalıb. 

Hə, gəzən söz-söhbətə görə, Yusifi öyrədib belə yazılar yazdıran elə meyxanaçı Balaəlinin özüdür. Son günlər Balaəlinin meyxana aləmində trend olmasının səbəbi Rəşadın tutduğu taxtda oturmaq istəyidir. 

Deməyi bizdən, düşünməsi sizdən. Bu məsələyə cavab verib - verməmək haqqı da qalır Balaəlinin üstündə. 

Gözləyirik...

# 41298
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar