“Niyyətin  əzizlərinin başına   düşsün”- Yusif Mustafayevi əsəbiləşdirdilər
03 aprel 2024 14:22 (UTC +04:00)

“Niyyətin əzizlərinin başına düşsün”- Yusif Mustafayevi əsəbiləşdirdilər

Əməkdar artist Yusif Mustafayev şou-proqramlardan birində aparıcıya əsəbiləşib.

Lent.az-ın xəbərinə görə, aparıcı 68 yaşlı müğənniyə 88 il ömür arzulayıb. Yusif Mustafayev isə “Biz uzun ömürlü nəsilik, ən az 90 il yaşayırıq, mən daha çox yaşamaq istəyirəm. İndən belə Allahdan 20 il ömür istəyirəm” deyib.

Aparıcı kobudluq edərək, “vay-vay, biz hələ sizin ölümünüzü 20 il gözləməliyik?” cavabını verib. Bu, Yusif Mustafayevi əsəbiləşdirib.

“Kimə ziyan vururam, kimin çörəyini yeyirəm? Bəd niyyətin elə əzizlərinin başına düşsün, mənə bunu heç zarafatla da demə”,- cavabını verib.

# 2883
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar