Nadirdən Səidənin fikrinə MÜNASİBƏT: "Özünü apara bilməyən..."
19 mart 2022 11:51 (UTC +04:00)

Nadirdən Səidənin fikrinə MÜNASİBƏT: "Özünü apara bilməyən..."

Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın qalmaqallı fikirlərinə dəstək çıxıb.

Lent.az-ın məlumatına görə, Nadir Səidənin fikirlərini paylaşaraq, bu sözləri qeyd edib: 

"O qədər yerində deyirsən ki, ürəyimdən keçənləri. İndi isə izah edirəm: "Qıjı" nə kənddə gələnə, nə də şəhərdə olana deyilir. Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz, tərbiyəsiz və bu kimi xüsusiyyətlərə malik olan adamlara "qıjı" deyilir".

Qeyd edək ki, Səidə Sultan bu sözləri demişdi: 

"Heç vaxt demirdim, amma artıq deyirəm: biz "qıjılaşmışıq", artıq "qıjıyıq. Kimin xətrinə dəyirsə, öz payına götürürsə, özü bilər. Amma çox heyif, o qıjılara görə, musiqimiz də bərpad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis, sözbaz günə qalıb. Bezirik bəzən. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Qıjılar", çoxsunuz ey. Amma nə edək, dözməliyik. Gəlin bir "qıjı" bayramı keçirək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4257
avatar

Yalçın UĞUR

Oxşar yazılar