Nadir Qafarzadə efirdə ağladı: “Çox əziyyət çəkdim”
13 fevral 2024 14:41 (UTC +04:00)

Nadir Qafarzadə efirdə ağladı: “Çox əziyyət çəkdim”

“Atamı çox xatırlamıram. 1983-cü ildə dünyasını dəyişdi. Bundan sonra bütün yük anamın çiyinlərinə düşdü. O, 7 uşağı dolandırmalı idi. Bu, asan məsələ deyildi. İndi valideynlər heç 2 uşağı saxlaya bilmir. Hər şey problemdir”.

 Lent.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Nadir Qafarzadə qatıldığı proqramlardan birində səsləndirib.

“Ailədə səkkiz uşaq olmuşuq. Kiçik yaşlarında uşaqlardan biri dünyasını dəyişib. Biz yeddi uşaq qaldıq. Ata çörəyi yeməmişəm. 

Bacılarım gözləyirdi ki, digər bacıları dərsdən gəlsin, onların geyimlərini geyinsinlər və məktəbə getsinlər. Anam çatdırmırdı. İndi bəzi qadınlar var, deyirlər ki, uşağıma görə bəzi yollara düşdüm. Bəs, bizim analarımız niyə o yollara düşmədi?”,- deyən müğənni bildirib ki, güclü olduğuna görə, uşaqların əsas yükünü o çəkib.

“Təzə-təzə əlim çörəyi çatırdı, anam dünyasını dəyişdi. O, rəhmətə gedəndə bütün digər övladlarını mənə tapşırdı.

Baxmayaraq ki, mən evin 6-cısı idim. Bacım da xərçəngdən dünyasını dəyişəndə dedi ki, uşaqlarımı sənə tapşırıram. Hamı övladlarını mənə tapşırır”,- deyə o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9147
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07