Məşhur müğənni dünya turu konsertlərini təxirə saldı - FOTO
06 sentyabr 2022 21:45 (UTC +04:00)

Məşhur müğənni dünya turu konsertlərini təxirə saldı - FOTO

Kanadalı müğənni Castin Biber sağlamlıq problemlərinə görə dünya turu konsertlərini ləğv etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Reper “Justice” adlı dünya turu konsertinin onun səhhətinə ciddi şəkildə təsir etdiyini açıqlayıb.

“Çıxışlardan sonra özümü yorğun hiss etməyə başladım. Sonra anladım ki, sağlamlığımı hər şeydən üstün tutmalıyam. Ona görə də qastrol səfərlərinə fasilə verirəm. Dincəlmək və özümü daha yaxşı hiss etmək üçün vaxta ehtiyacım var”, - deyə müğənni bildirib. 

Dünya turunun 2023-cü ilin mart ayına qədər davam etməsi planlaşdırılırdı.

Xatırladaq ki, iyun ayında Biberə nadir bir xəstəlik – “Ramsey-Hunt” sindromu diaqnozu qoyuldu. 

Xəstəlik üzün sağ tərəfinin iflicinə səbəb olub. 

Sənətçi sağlamlığını bərpa etmək üçün karyerasına qısa fasilə verib. 
 

# 2349
avatar

Oxşar yazılar