Türkiyənin məşhur aktrisası Sıla Türkoğlunun paltarının qiyməti hər kəsi şok edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kızılcık Şerbeti" serialında canlandırdığı "Doğa" obrazı ilə məşhurlaşan aktrisa dünən axşam keçirilən Pantene 50-ci "Altın Kelebek" mükafat mərasimində iz buraxıb. Sılanın dəbli geyiminin də qiyməti məlum olub.
Türkoğlunun geyimi sosial medianı iki yerə bölüb. Bəziləri onun tərzini sadə və dəbli görsə də, bəziləri plastik torbaya bənzədib. Aktrisanın geyimi 29.250 AZN dəyərində olduğu öyrənilib.