Məleykə Əsədova:  "Allah özü bilsin mənim ruhumu incidənlərlə..."
19 mart 2022 19:30 (UTC +04:00)

Məleykə Əsədova: "Allah özü bilsin mənim ruhumu incidənlərlə..."

“Allahımdan hər gün özümə arzumdur qəlbimə görə həyat mükafatımı versin”.

Lent.az-ın məlumatına görə, bu sözləri 55 yaşlı Xalq artisti Məleykə Əsədova sosial şəbəkədəki səhifəsində yazıb: 

“İnsanların xoş gününə sevinmişəm. Hər an dilimdə xoş dualardır. Heç kimin pisinə danışmamışam. Mənə pislik edənləri də hər zaman demişəmki Allah bilsin. Mən kiməmki o insanları cəzalandıram.

Qoy Allah özü bilsin mənim ruhumu incidənlərlə. Özümün balaca dünyam var. Bu dünyamda böyük qəlbimlə, balaca saf ailəmlə, Allahıma sığınıb, torpağıma bağlanıb, böyüklərə hörmətimlə, doğrularımla, xoş arzularımla, gözəl duyğularımla, öz sevdiyim və sevildiyim sənətimlə, şükürlərimlə yaşayıram.

Məni yaxından tanıyanlar bilir. Hər bir kəs qısa ömrünü öz işinə və ailəsinə sərf etsə, heç kimə zərər vermədən, pislik etmədən yaşasa, həyatı gözündə gözəlləşəcək və işində irəli gedəcək. Gözəl və uğurlu yollar arzu edirəm hər bir izləyicimə”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5559
avatar

Yalçın UĞUR

Oxşar yazılar