Leonardo Di Kaprionun sevgilisi hovuzda görün  necə poza   verdi -FOTOLENT
18 fevral 2025 19:59 (UTC +04:00)

Leonardo Di Kaprionun sevgilisi hovuzda görün necə poza verdi -FOTOLENT

Model istirahətindən silsilə fotolar nümayiş etdirib.

26 yaşlı italyan model Vittoriya Çeretti tətilə çıxıb. O, dəqiq harada və kiminlə tətil etdiyini söyləməyib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qız “Instagram”da silsilə fotolar paylaşıb və bu fotolara "Çimərlikdən dağlara" şərhini yazıb, yəqin ki, tətilin çox maraqlı və aktiv keçdiyini bildirir.

Fotolardan birində Vittoriya hovuzda üstsüz poza verib. O, əlləri ilə çılpaq döşlərini örtüb.

Çeretti çimərlikdə günəş vannası qəbul edib, dağlarda gəzintiyə çıxıb və dəbli görünüşünü nümayiş etdirib.

Qeyd edək ki, Vittoriya 14 yaşında podiuma debüt edən, tez-tez parlaq jurnallar üçün fotosessiyalarda və məşhur brendlərin reklamlarında görünən, xeyriyyə təşəbbüslərində və ekoloji layihələrdə iştirak edən uğurlu modeldir.

Onun məşhur aktyorla münasibəti 2023-cü ilin yayının sonunda məlum olub, lakin nə o, nə də Leonardo münasibətləri ilə bağlı şayiələri təsdiqləmir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1664

Oxşar yazılar